Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
Ucnoqta.az "Report”a istinadən xəbər verir ki, dünən axşam saatlarında rayonun Muxax kəndi ərazisində 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğlunu "Mercedes Benz" markalı avtomobillə vuran Bakı şəhər sakini Oktay Mirzəyev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.