Bu yollarda rənglənmə işləri aparılır

10:33 - 3 Oktyabr 2018 - Xəbər

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 50-60-cı km-də və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 110-120 kilometrlik hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər axşam saatlarınadək yekunlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Ucnoqta.az-a verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.
Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər xətti