Stoltenberq: Makedoniya NATO-nun üzvü ola bilər, bir şərtlə ki...

20:29 - 2 Oktyabr 2018 - Xəbər

Makedoniya artıq gələn il NATO-nun üzvü ola bilər.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Y.Stoltenberq bildirib ki, bu, Makedoniya ilə Yunanıstan arasında ölkənin adının dəyişdirilməsi ilə bağlı saziş təsdiq edildikdən sonra mümkün ola bilər:

“NATO Makedoniyanı alyansın 30-cü üzvü kimi qarşılamağa hazırdır. Amma bunun yeganə şərti ölkənin adının dəyişməsi ilə bağlı sazişin təsdiq olunmasıdır. Hesab edirəm ki, biz bu prosesi 2019-cu ilin yanvarınadək başa çatdıra bilərik”.trend

Xəbər xətti