Lənkəran və Masallıda brakonyerlər saxlanılıb

17:24 - 1 Oktyabr 2018 - Xəbər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Lənkəran və Masallı rayonu ərazisində icazəsiz ov edən şəxslər saxlanılıb.

ETSN-dən Ucnoqta.az-a verilən məlumata görə, onlardan 3 ov tüfəngi və ovlanmış cürə quşları götürülüb.

Araşdırma zamanı brakonyerlərin Lənkəran şəhər sakini Nadir Ağayev, Masallı rayon sakinləri Rahim Əzizov və Məmmədhüseyn Əsədov olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib, inzibati qaydada ümumilikdə 3035 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Xəbər xətti