Daha bir avtobus qəzası baş verdi - Qubada- Foto

16:30 - 1 Oktyabr 2018 - Xəbər

Bakı-Quba yolunda sərnişin avtobusu yük avtomobilinə  çırpılıb. 

 Bakı-Quba yolunun Vəl-vələ kəndi ərazisində (146-cı kilometrliyində) Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü  Vüsal Səxavət oğlu Babayevin idarə etdiyi  Bakı-Quba marşrut avtobusu, Şabran rayon sakini 1996-cı il təvəllüdlü Fərəc İlqar oğlu Şirəliyevin idarə etdiyi 17 BC 964 dövlət nömrə nişanlı “Kamaz” markalı yük avtomobilinə çırpılıb. Yük avtomobili yol ayrıcında manevr etmə qaydalarını pozaraq arxaya hərəkət edib.
Nəticədə avtobusda olan sərnişin 1966-cı il təvəllüdlü Quba rayon Rustov kənd sakini Dilarə Gülbaba qızı Şahverdiyeva qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi və alının deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.qafqazinfo

Xəbər xətti