Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində sərnişin avtobusu ilə qatarın toqquşması nəticəsində xəsarət alanların sayı 34 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Unikal.org-a açıqlamasında bildirib ki, Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasına məxsus avtomobillərlə 27 nəfər xəstəxanaya yerləşdirilib. 7 nəfər isə özü müraciət edib. Ümumilikdə xəsarət alanların sayı 34 nəfərə çatıb. Xəsarət alanlardan 5-nin vəziyəti ağırdır. Onlardan 2-si travmatologiya, 3-ü isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Qalan 29 nəfər isə Sabunçu xəstəxanasına yerləşdirilib. 1 nəfər isə dünyasın dəyişib.
***
Binə qəsəbəsində avtobusun qatarla toqquşma nəticəsində ümumilikdə 17 nəfər xəsarət alıb. Onlardan 6-sı qadın, 9-u kişi, 2-si uşaqdır.
Yaralılardan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.report
***
Bakıda sərnişin avtobusu qatarla toqquşub.
Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Ölən və yaralananlar var.
Hadisə nəticəsində yaralananlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılır.Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır.