Oqtay Əsədov: Təəssüflər olsun ki, deputatlar ingilis dili kursuna qatılmadı

13:22 - 1 Oktyabr 2018 - Xəbər

"Bir müddət öncə deputatlar üçün ödənişsiz ingilis dili kursu təşkil etmişdik. Təəssüflər olsun ki, deputatlar həmin kursa maraq göstərmədilər”.

Bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyevin məmurların xarici dil öyrənməsi ilə bağlı təklifinə münasibət bildirərkən deyib.
O bildirib ki, həmin kursa cəmi 3-4 deputat qatılmışdı.trend

Xəbər xətti