Sabahın havası açıqlanıb- 25° isti

12:46 - 29 Sentyabr 2018 - Xəbər

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq. Rayonlarda əsasən yağmursuz olacaq, lakin Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 20-25° isti, dağlarda gecə 6-11°, gündüz 14-19° isti təşkil edəcək.

Xəbər xətti