Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır

11:28 - 29 Sentyabr 2018 - Xəbər

Aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq şəhər istiqamətindən Babək prospektinə giriş qısa müddətə məhdudlaşdırılır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən xəbərə görə, məhdudlaşma sentyabrın 29-dan 30-na keçən gecədən etibarən və prospekt boyunca hissə-hissə tətbiq ediləcək. "Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini tövsiyə edir", - məlumatda qeyd olunub. 

Xəbər xətti