Aşura günü qan verən 1 nəfərdə QİÇS və 76 nəfərdə sifilis aşkarlanıb

16:22 - 28 Sentyabr 2018 - Xəbər

Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədilə keçirilən könüllü qanvermə aksiyalarında toplanılan qanın infeksiyalara görə müayinəsi aparılıb.

Səhiyyə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, müayinələr B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının kliniki laboratoriyasında  IFA (imunoferment) metodu ilə həyata  keçirilib.

Aşura günü qan verən 5 min 539 nəfərin qanı müvafiq qaydada yoxlanılıb. Bir nəfərdə QİÇS,  96 nəfərdə Hepatit B, 116 nəfərdə Hepatit C, 76 nəfərdə sifilis aşkarlanıb.

Xəbər xətti