Populyar rəqqasə Aygünlə müsahibəni təqdim edirik:
- Salam. Necəsiz?
- Sağolun. Sizi gördüm lap yaxşı oldum.
- Maraqlıdı özünüzü tamaşaçılara necə təqdim edərdiz?
- Çox işləyirəm. Çox əziyyət çəkirəm. Onlara Rəqqasə Aygün kimi əfsanəvi olacağıma söz verirəm. Və bunu zamanlada göstərəcəm.
- Rəqqasə olmaq çətin peşədir. Bunun öhdəsindən rahatlıqla gələ bilirsinizmi?
- Bəli. Rəqqasəlik incəsənətin ən çətin və ən gözəl sahəsindən biridir. Bacarıram. Mən qoçaq və iddialıyam.. (gülür)
- Kiminsə istəyilə gəldiz bu peşəyə?
- Yox. Uşaqlıq arzum idi. 6 yaşından rəqqasə olmaq istəmişəm. Peşman da deyiləm. İstərdim ki, hamı mənim kimi peşəsindən aslı olmayaraq öz istədiyi sahədə çalışsın.
- Hobbiniz var?
- Bəli var. Gözəlliklərə baxmaq, gözəl rəqsləri izləmək, övladımla zaman keçirtmək, bir yerdə nağıl oxumaq, mütaliə etmək, kiminsə həyat hekayəsini dinləmək.
- Klublarda çıxış edirsiz?
- Etmirəm.
- Bəs təkliflər gəlir?
- Bəli, gəlir. Ama mən el şənliklərinə, gözəl xanımların xına mərasimlərinə gedirəm. Bu, mənim yolumdu. Klublarda çıxış edən həmkarlarıma isə pis baxmram. Həddimə düşməz.
- Toya dəvət alırsız?
- Aha, bəli.
- Bəs rədd etdiyiniz toy olubmu?
- Olub.
- Bəs toylarda hər hansısa çətinliklə üzləşmisiz?
- Bəli. Sərxoş insanlar olur bəzən. Mən o zaman ya məclisi tərk edirəm, ya da özlərini idarə etməyi xahiş edirəm. Belə şeylərə pis baxıram. Əgər içə bilmirsənsə, içmə.
- Sizə sevgi etirafı edən olub?
- Əlbəttə, axı mən gözəl bir qadınam. İstənilən ürəyə asanlıqla yol tapa bilərəm... (gülür)
- Bəs evlilik təklifləri necə?
- Bilirsiz necədi. Əgər mənim övladım olmasaydı, mən yaxşı bir kişi ilə ailə həyatı qura bilərdim.
- Aygün xanım boş vaxtlarında nə edir?
- Çox az-az olur. Ama hərdən işdən sonra evə tələsirəm. Vaxtımı oğlumla keçirtmək istəyirəm.
- Bəs Aygün xanım oğluna yetərincə vaxt ayıra bilirmi?
- Əlbəttə, hər şey ona qurbandı.
- Bildiyimiz kimi siz bir çox xalqların milli rəqslərini bilirsiz, bu, hansı xalqlardı?
- Çıqan, ispan, ən çox ərəb. Hətta yegipto və pişi rəqslərini də artıq repertuarıma daxil etmişəm. Və ən əsas bizim öz dəyərli milli rəqslərimiz. Bunlar çətin olsa da mənə asanlıqla başa gəlir.
- Aygün xanım, siz rəqslərinizi özünüz hazırlayırsız?
- Xeyr. Mənim üzərimdə peşəkarkar çalışır
- Xaricdən təklif alırsız?
- Hələlik yox, amm, alacam.
- İllərdir bu işlə məşğulsuz. Niyə görə media və tv-dən uzaq qalmısız?
- Çox yaxşı sualdı. Mən, əslində, tam uzaq qalmışam deməzdim. Sadəcə, bəzi yerli telekanallar ödəniş istəyir. Məsələn, bir telekanal məndən 4000 AZN ödəniş istəyir. Amma mənim maddi vəziyyətim buna əl vermir. Baxmayaraq ki, mənim rəqslərim o efirlərə çıxan digər rəqqasələrdən yaxşıdı.
- Dediyiniz məbləğlərin miqdarını açıqlaya bilərsiz?
- Əlbəttə. 4000, 3000, 1500. Bir çıxış hardasa 1500-ə başa gəlir. Amma buna baxmayaraq mən istədiyim TV-yə çıxmaq istərdim.
- Neçə ildi bu sənətlə məşğulsuz?
- 15 ildir artıq.
- Maraqlıdır indiyədək sizi pulla masanın üstünə çıxarıblarmı?
- Mən heç vaxt bunu etmərəm.
-Təklif edənlər olubmu bəs?
- Əlbəttə, bilirsiz necədi, artıq o insanlar vəhşiləşmiş insanlardı, hansı ki, rəqqasəni görmürlər.
- İndiyə qədər kimin başını gicələndirmisiz?
- Bir çoxlarının.
- Bəs sizin başınızı kim gicəlləndirib?
- .....(gülür)
- Özünüzə rəqib gördüyünüz 3 rəqqasənin adını deyə bilərsiz?
- Heç kimi özümə rəqib görmürəm. Mən, əslində, bu qədər öyünən qadın deyiləm. Başqa rəqqasələr də əziyət çəkir. Sadəcə, mənim rəqslərim onlarınkından daha peşəkardır və say etibarilə növləri daha çoxdur. Rəqib olaraq isə xarici rəqqasələri özümə rəqib kimi görürəm. Azərbaycanda isə daha çox milli rəqs ifa etməsinə baxmayaraq Röya Əliyevanı bəyənirəm
- Rəqs ürək döyüntüsü kimi bir şeydi. Maraqlıdır, qəlblərə yol tapmaqçün nəsə edirsiz?
- Mən şirin qızam da. Bir gülüşüm bəsdi. Mən rəqs edəndə rəqsin dərinliyinə enirəm. Onunla yaşayıram.
- Rəqs edərkən sinənizə pul qoyan olub?
- İcazə vermirəm. Verməyəcəm də. O qədər olub ki, 100-ləri elə əllərində saxlamışam.
- Reaksyanız necə olur, acılayırsız?
- Heç vaxt.
- Hansı baxışlar sizi təsirə sala bilər?
- Sevgi dolu baxışlar.
- Qısqancsız?
- Çoox.
- İkinci dəfə ailə qurmaq istərdiz?
- O kişi o qədər dəyərli, iddialı, qiymətli, zəhmli, güclü olmalıdı ki, mən onunla ailə qurum.
- Bəs o zəhmli kişinin əgər pulu olmasa, onda necə?
- Hər şey pulnan qurulmayıb ki, bu dünyada. Amma çox şey pulun üstündə qurulub. Məsələn, mən telekanala çıxmaq istəyirəm. Amma pulum olsaydı, gedə bilərdim. Ona görə pul çox vacib bir şeydi.
- Hal-hazırda həyatınızda biri var?
- Yoxdu.
- Bəs siz kiminsə həyatındasız?
- Kimlərinsə...
- İndi nə istəyirsiz?
- Sevgi yaşamaq istəyirəm.
- Sizi nə məst edə bilər?
- Güclü kişinin güclü sevgisi və mən rəqs edərkən mənə maraqla baxan gözlər, xanım və ya bəy fərq etməz
- Biznesiniz var?
- Yox.
- Olmasını istəyirsiz?
- Olacaq.
- Hansı sahə?
- Bu haqda hələ açıqlama vermək istəmirəm.
- Sevdiyiniz kişiyə görə sənətinizi qurban verərdiz?
-Əlbəttə, verərdim. Əgər kişi dəyərlidirsə, mənə görə qurbanlar veribsə, mən də xoşbəxtliyim üçün qurban verərdim.
- Yalan danışmısız?
- Bəli. Yəqin ki məcbur olduğum üçün danışmışam. Kiminsə problemini həll etmək üçün yalan danışmışam, qəlb qırmaq üçün əsla.
- Xeyriyyəçiliklə məşğulsuz?
- Bəli.
- Bəs nələr etmisiz?
- Mən xoşlamıram etdiklərimi danışmağı. Mən bir şey edəndə də Allah xətrinə edirəm.
- Sonda izləyicilərə nə demək istəyirsiz?
- Əzizlərim, siz mənə pis də yazsaz, acılasaz da, amma çalışın gözünüz gözəllikləri daha gözəl görsün. Çünki gözəllik çox gözəldi.
Ordan-Burdan.com