“Miss Ukrayna-2018”in qalibinin tacı geri alınıb
11:25 - 25 Sentyabr 2018 - MAQAZİN
“Miss Ukrayna-2018”in qalibi Veronika Didusenkonun tacı geri alınıb. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə müsabiqənin saytında məlumat verilib.
Qeyd olunub ki, Didusenko müqavilənin şərtlərini pozub. Qaydalara görə, iştirakçılar subay və övladları olmamalıdır.
“Veronika Didusenko evli və uşaq sahibidir. O, bizə yalan məlumatlar verib”- deyə təşkilat komitəsi bildirib.
Yeni “Miss Ukrayna -2018”in kimliyi 30 sentyabrda açıqlanacaq.