Azərbaycana payız gəlib
Payız fəsli Azərbaycana sentyabrın 23-ü Bakı vaxtı ilə saat 05:54-də daxil olub. Sentyabrın 23-ü gecə və gündüz bərabərliyi baş verəcək. Buna payız bərabərliyi deyirlər. Bu gündən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq. Gecələrin uzanması dekabrın 22-nə kimi davam edəcək və həmin gün ən uzun gecə olacaq. Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu tarixdən sonra cənub yarımkürəsində yay mövsümü başlayır.
Bu il qış isə Azərbaycana dekabrın 22-i Bakı vaxtı ilə saat 02:22-də daxil olacaq.