İranın parlament sədrinin birinci müavini Azərbaycana gəlir

16:47 - 17 Sentyabr 2018 - Xəbər

İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkian bu gün Azərbaycana səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə İranın Bakıdakı səfirliyindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, M.Pezeşkian sentyabrın 21-də Milli Məclisin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

Qeyd edək ki, tədbirə 150 ölkədən nümayəndə heyətləri qatılacaq.

Xəbər xətti