Hindistanın şimalındakı Cammu və Kəşmir ştatında avtobus dərəyə yuvarlanıb.
Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 17 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb.
Qeyd olunur ki, sürücü idarəetməni itirib, nəticədə avtobus dərəyə düşüb.