Dünya şöhrətli müğənni Madonnanın qızı Lordes Leon Nyu-York Moda Həftəsində “Gypsy Sport” brendinin “Yaz-Yay 2019” kolleksiyasının təqdimatı üçün podiuma çıxıb.
Sinəsini balıqqulağı və aksessuarlarla örtən 21 yaşlı Lordes zəncir büstqalter formasındakı koftası və hissələrə bölünmüş şalvarı ilə diqqət çəkib.
Dəb dünyasında özünəməxsus yer tutan Lordes Madonnanın üç il sevgi münasibəti yaşadığı Karlos Leonun övladıdır.
Qeyd edək ki, o, modelliklə yanaşı, həm də Miçiqan Universitetinin tələbəsidir.oxu.az