Nyu-York Moda Həftəsi çərçivəsində azərbaycanlı modelyer Rüfət İsmayıl 2019 Yaz-Yay kolleksiyasını möhtəşəm dəfilə ilə təqdim edib.
Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, “Affair: Alovun gücü” kolleksiyasının dəfiləsində podiuma çıxan tanınmış azərbaycanlı model Günay Musayeva diqqət çəkib. Dəfilədə geyindiyi yaşıl və qara rəngli libaslarla cəsurluğunu ortaya çıxaran modelə podiumda 20 amerikalı model yoldaşlıq edib. Moda Həftəsi üçün arıqlayan Musayeva dəfilənin ən yaddaqalan siması olub.
30 geyimdən ibarət kolleksiyada qara, qızılı və yaşıl rənglər ön plana çıxıb.