Müğənni Zamiq Hüseynov yeni klipini təqdim edib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, sənətçi sözləri Seymur Talıbov, musiqisi Hakan Erola məxsus “Bu gün bizim günümüz” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib. O, bunun üçün klipmeyker Fərhad Əliyə müraciət edib.
Layihə üçün Ukraynadan model-aktrisa Tamilla Pliskaçeva dəvət olunub. Onun tərəf müqabili isə aktyor Nicat Pirəliyev olub.
Bakıda lentə alınan klip Zamiqin rəsmi “Youtube” səhifəsində yerləşdirilib.
Bu məqamda bildirək ki, layihənin prodüseri Samirə Xasməmmədovadır.