Mədəniyyət naziri Qusarda vətəndaşları qəbul edəcək

12:50 - 4 Sentyabr 2018 - Xəbər

 Mədəniyyət naziri Əbülfəs Qarayev Qusarda vətəndaşları qəbul edəcək.

Nazirlikdən Ucnoqta.az-a verilən məlumata görə, görüş sentyabrın 21-də saat 11:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (Qusar şəhəri, Heydər Əliyev parkı) keçiriləcək. Qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar Nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə  (əlaqələndirici şəxs Rəşad Əliyev) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Xaçmaz rayonu- Fərid Musayev (050) 488-86-87, (023) 325-39-42,
Quba rayonu -Fuad Orucov,(050) 222-84-14,(023) 335 33-00
Qusar rayonu- Neva Abdurahmanova (070) 518-79-41, (023) 385-58-14
Şabran rayonu- Əhməd Səmədov (050) 206-96-30, (023) 353-25-84
Siyəzən rayonu- Zəminə Qədirli (070) 756-45-80, (023) 304-07-67

Xəbər xətti