Bu gün bu ərazilərdə su olmayacaq

11:11 - 4 Sentyabr 2018 - Xəbər

Bu gün Buzovna qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən verilən məlumata görə, həmin ərazilərdə içməli suyun verilməsində yaranacaq problem Sabunçu rayonunda yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədardır.

Xəbər xətti