Yaponiyanın xarici işlər naziri Azərbaycana gələcək

12:19 - 31 Avqust 2018 - Xəbər

Yaponiyanın xarici işlər naziri Taro Kano sentyabrın 5-də Azərbaycana rəsmi səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bunu "Report"un sualına cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Səfər zamanı T.Kano Azərbaycan rəsmiləri, o cümlədən azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bir sıra görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək.

Xəbər xətti