İosif Kobzon vəfat edib

15:21 - 30 Avqust 2018 - Xəbər

SSRİ xalq artisti İosif Kobzon 81 yaşında vəfat edib. Məşhur müğənni iyulda xəstəxanaya yerləşdirilib, avqustun 7-də isə evə buraxılıb. İ.Kobzon 2004-cü ildən xərçəng xəstəliyindən əziyyət çəkirdi. Qeyd edək ki, İosif Davıdoviç Kobzon Rusiya ilə Azərbaycan arasında musiqi mədəniyyəti sahəsində əməkdaşlığın genişləndirilməsində səmərəli fəaliyyətinə görə 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Dostluq" ordeni ilə, 2017-ci ildə isə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdi.trend

Xəbər xətti