Lerikdəki zəlzələ nəticəsində 130 ev və 5 məktəbdə çatlar yaranıb

10:38 - 30 Avqust 2018 - Xəbər

Cənub bölgəsində baş vermiş zəlzələ nəticəsində Lerik rayonunda 130 evdə çatlar əmələ gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı çatlar yaranan evlərə baxış keçirilib: "Hadisə nəticəsində 130 ev, 5 orta məktəb, 1 mədəniyyət evi və 1 xəstəxanada çatlar yaranıb. Məsələ ilə bağlı akt tərtib edilib və aidiyyəti qurumlara təqdim edilib".
H. Məlikov qeyd edib ki, yaranan çatlar təhlükəli olmadığından ailələr evlərindən təxliyə olunmayıb.
Bundan əvvəl 40-a yaxın evdə çatların yarandığı bildirilirdi.

Qeyd edək ki, avqustun 28-i saat 16:58-də Lənkəran stansiyasından 13 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 4-3 bala qədər hiss olunub.

Xəbər xətti