“Facebook”dan nəhəng layihə - 2020-ci ilə qədər planlaşdırılır

20:46 - 29 Avqust 2018 - Xəbər

2020-ci ilin sonunadək “Facebook” şirkəti bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək niyyətindədir.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, şirkət bununla da fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmağı planlaşdırır.Hazırda “Facebook” dünyada bərpa olunan mənbələrdən əldə edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb.

Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.

Xəbər xətti