Ötən il Azərbaycanda 46 azyaşlı abort etdirib

17:18 - 29 Avqust 2018 - Xəbər

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2017-ci ildə ölkədə 15-17 yaşlılarda edilmiş abortların sayı 46 olub.

Ucnoqta.az xəbər verir ki,bunu Bizimyol.info-nun informasiya sorğusuna cavabında Dövlət Statistikası Komitəsi bildirib. Qurumdan qeyd olunub ki, səhiyyə statistikasına dair məlumatlar illik dövrlülüklə ildə bir dəfə əldə olunur. 2018-ci ilin nəticələri üzrə məlumatlar 2019-ci ilin may ayında hazır olacaq.qafqazinfo

Xəbər xətti