“Lənkərandakı zəlzələdə 80-a yaxın evə ziyan dəyib”

11:46 - 29 Avqust 2018 - Xəbər

Dünən Lənkəranda baş verən zəlzələ nəticəsində 80-a yaxın evə ziyan dəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya rayon Fövqəladə Hallar Komissiyasından məlumat verilib. Bildirilir ki, zəlzələ nəticəsində 3 ev qəzalı vəziyyətə düşüb. Digər evlərdə isə irili-xırdalı çatlar əmələ gəlib. Komissiya məsələni hazırda araşdırır. Ən çox Rvo kənd inzibati dairəsinin Rvo, Mollakənd, Əşlə, Şovu kənd inzibati dairəsinə məxsus olan Siyablı, Şovu, Türkəkəran, Diryan, İstisu qəsəbəsindəki evlərə ziyan dəyib.

Xəbər xətti