Lerikdə 5,1 bal zəlzələ olub

17:23 - 28 Avqust 2018 - Xəbər

Lerikdə 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

​Azərbaycan Milli Elmlər Akademiyası yanında Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, təkanlar yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb. Dərinliyi 15 kilometr olan zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.

Xəbər xətti