İsmayıllıda yeni uşaq bağçasının tikintisinə 1,5 milyon manat ayrılıb - Sərəncam

17:24 - 27 Avqust 2018 - Xəbər

Prezident İlham Əliyev avqustun 27-də İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

​Sərəncamla İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.

Xəbər xətti