Bakıya tullantıların çeşidlənməsi məqsədilə xüsusi konteynerlər gətiriləcək

12:24 - 27 Avqust 2018 - Xəbər

Bu gün tullantıların daşınması və  ilk növbədə zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur. 

Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub. Buraya tullantıların çeşidlənməsi məqsədilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xarici ölkələrin təcrübəsindən yararlanmaq məqsədilə xaricdən mütəxəssislər dəvət olunub və hazırda işlər aparılır. Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcək.

Xəbər xətti