Aparıcı-aktyor Sərxan Kərəmoğlu xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az Axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda özü xəbər verib. Sərxan bildirib ki, müğənni Mətanət Əsədova ilə davadan sonra halı pisləşib: "Allah hər kəsə sağlam ömür versin. Efirə çıxa bilmədim, həkimlər icazə vermədi. Ümid edirəm ki, hər şey gözəl olacaq. Kimsə narahat olmasın və yanıma gəlməyə ehtiyac yoxdur. Sizin varlığınız mənə bəsdir. Kim bunu bir şou kimi düşünür, Allah böyükdür... 4 ildir əziyyət çəkirəm və maydan ara-sıra panikatak oluram. Son günlərdə isə nəfəsalma problemim başlayıb. Çox narahat olanlara deyirəm ki, imkan verin sağalım". Qeyd edək ki, M.Əsədovanın kişilərlə içki məclisində yayılan videosuna Sərxan sərt reaksiya verib. O bildirib ki, Mətanət qəsdən bunu özü yayıb. İfaçını təhqir edən aparıcı onu qınayıb. Müğənni ilə Sərxan arasında bundan sonra qalmaqal başlayıb.