Bu yollarda təmir işləri aparılır

12:30 - 24 Avqust 2018 - Xəbər

 Magistral avtomobil yollarında təmir işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 0-80 km-də və Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 06-16-cı kilometrliyində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
​Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər xətti