Gömrükdən avtomobilində pirotexniki vasitələr keçirmək istədi

10:27 - 24 Avqust 2018 - Xəbər

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "VAZ 21214" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı avtomobildə gömrük nəzarətindən gizlədilən üzərində "Big Cracker" yazısı olan 870 ədəd və "Enigmabg" yazısı olan 18 min ədəd pirotexniki vasitə aşkar edilib.
​ Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti