Amerikalı aktrisa Skarlett Yohanson 2018-ci il üçün ən çox gəliri olan aktrisaların reytinqinə başçılıq edir.
Siyahı avqustun 16-da “Forbes” jurnalında dərc edilib.
Bir il ərzində 33 yaşlı aktrisa 40,5 milyon dollar qazanıb.
Onun gəlirləri “Qisasçılar 4” filmində çəkildikdən sonra 4 dəfə artıb. Film 2019-cu ildə ekranlara çıxacaq.
Reytinqdə ikinci yerdə Ancelina Colidir: o, “Malififisenta 2” filmində çəkilərək 28 milyon dollar qazanıb.
İlk “üçlüyü” 19,5 milyon dollar qazanan Cenifer Eniston qapayır.
Qeyd edək ki, 2017-ci ildə reytinqin birincisi olan Emma Stoun “La-La Lend” filmində çəkildiyinə görə 26 milyon dollar əldə etmişdi.oxu.az