Bakıda 57 yaşlı qadının meyiti tapıldı

13:35 - 18 İyul 2018 - Xəbər

Fövqəladəı Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub.

Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Quliyeva Sevinc Süleyman qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.

Xəbər xətti