Nardaran sakinindən odlu silah götürülüb.
Ucnoqta.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbədə yaşayan Rəsul Ələkbərovun evindən “Ortsan” modelli lüləsi və qundağı kəsilmiş tüfəng aşkar edilərək götürülüb.