Bakıda yol çökdü -Fotolar

11:25 - 15 İyul 2018 - Xəbər

Bu gecə Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində çökmə qeydə alınıb. Çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilkin ehtimala görə, çökmənin yaxınlıqda aparılan metro tikintisi səbəbindən baş verdiyini bildirib. “Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”. A.Nəcəfli qeyd edib ki, çökmənin dəqiq səbəbləri barədə məlumat araşdırmadan sonra veriləcək.

Xəbər xətti