XİN: Azərbaycan və Ermənistan prezidentlərinin görüşü hazırda gündəmdə deyil

12:11 - 11 İyul 2018 - Xəbər

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü iyulun 11-də axşam Brüsseldə gözlənilir.

Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bu, Ermənistanın xarici siyasət idarəsi başçısının yeni təyin olunmasından sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə XİN başçılarının ilk görüşü olacaq.
H.Hacıyev deyib ki, görüşün əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır və bütün istiqamətlərdə kompleks danışıqlar aparılacaq.
"Bu gün Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü məsələsi gündəmdə deyil", - H.Hacıyev bildirib.
O vurğulayıb ki, münaqişənin nizamlanması üzrə Azərbaycanın mövqeyi məlumdur və beynəlxalq hüququn prinsiplərinə əsaslanır.report

Xəbər xətti