DİN Gədəbəydə törədilən qətllə bağlı məlumat yayıb

13:04 - 10 İyul 2018 - Xəbər

İyulun 6-da Gədəbəy rayonunda Cəyir çayının Günəş kəndinin ərazidindən keçən hissəsində Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Ucnoqta.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər xətti