Qida Təhlükəsizliyi İnstitutu cənub regional bölmələri üçün ixtisaslı mütəxəssislər axtarır.
Ucnoqta.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, İnstitutun Lənkəran Regional Sınaq Laboratoriyasında işləmək üçün aşağdakı ixtisaslar üzrə ali təhsilli iddiaçılar Azərbaycan dilində tərtib olunmuş şəxsi işləri (şəkilli) ilə müraciət edə bilər:
- Baytar mütəxəssisi;
- Toksikologiya;
- Kimya;
- Biologiya;
- Qida mühəndisliyi;
- Genetika;
- Biokimya;
- Tibbi profilaktika;
- Fitosanitariya;
- Aqronomluq;
- Zootexnik;
- Mikrobiologiya.
Əlavə məlumat üçün: +994 77 270 05 06; elvin@[email protected]