“New Baku Hotel”-də “Musiqili Axşam” keçiriləcək

16:18 - 9 İyul 2018 - Xəbər

14 iyul 2018-ci  il tarixində  “New Baku  Hotel” otelində  “Musiqili  Axşam” keçiriləcək.

Tədbirdə  SKAL-ın  Azərbaycan  üzrə  nümayəndələri, musiqi sevərlər və işgüzar insanlar  iştirak edəcəklər.  “Musiqili  axşam”  tədbirinin proqramına  pianoçu Elçin Məmmədov müşayiəti ilə  Kamran Rzayevin ifasında Azərbaycan,  rus və ingilis   bəstəkarlarının  repertuarlarından mahnılar  daxil edilib.  Kamran Rzayev Rəşid Beybutovun repertuarından “Saçlarına gül düzüm”, “Sevgilim”, “Sənədə qalmaz”, Müslüm Maqomayevin repertuarından “Синяя Вечность”,  Serovun repertuarından “Я люблю тебя до слез”, “Ты меня любиш”,  Elvis Preslinin  repertuarından  “Always on my mind”, “Speak softly love”,  Endi Uilyamsın  repertuarından “Speak softly love” mahnılarını ifa edəcək.

Tədbirə giriş dəvətnamə ilədir. 

Xəbər xətti