Elmar Vəliyevə sui-qəsdlə bağlı 12 nəfər həbs edilib

19:40 - 9 İyul 2018 - Xəbər

3 iyulda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə bağlı 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Ucnoqta.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından “Qafqazinfo”ya verilən məlumata görə, terror aktını törətmiş Yunis Səfərov və ondan başqa 11 nəfər saxlanılıb. Həmin şəxslər aşağıdakılardır: Zeynalov Firudin Etibar oğlu – 1982-ci il təvəllüd, Tərtər rayonu Zalov Cəfər Mürsəl oğlu – 1977-ci il, Gəncə şəhəri Əzizov Mahir Əziz oğlu – 1986-cı il, Yevlax şəhəri Əliyev Muraz Mətləb oğlu – 1989-cu il, Gəncə şəhəri Abdullayev Hamlet Ramiz oğlu - 1978-ci il, Gəncə şəhəri Ələkbərov Fikrət Balaqardaş oğlu - 1979-cu il, Bakı şəhəri Həsənov Rauf Rövşən oğlu - 1983-cü il, Gəncə şəhəri Paşayev Ramil Famil oğlu - 1980-ci il, Gəncə şəhəri Salahov Ceyhun İsrail oğlu - 1972-ci il, Gəncə şəhəri Mustafayev Rasim Hafiz oğlu - 1980-ci il, Gəncə şəhəri Zahidov Elmir Savadxan oğlu - 1996-cı il, Neftçala rayonu

Xəbər xətti