Diplomatik xidmət orqanları əməkdaşları təltif edilib - Sərəncam

18:27 - 9 İyul 2018 - Xəbər

Prezident İlham ƏliyevAzərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Canəhmədov Anar Əhəd oğlu Həbibli Gültəkin Fazil qızı Kərimov Emil Zülfüqar oğlu “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə Abdullayeva Leyla Yaşar qızı Hacıyev Hikmət Fərhad oğlu Süleymanov Nüsrət Süleyman oğlu Şahhüseynov Elnur Sultan oğlu.

Xəbər xətti