Türkiyədə dəmiryol qəzasına görə iki maşinist tutulub

14:33 - 9 İyul 2018 - Xəbər

Türkiyəni Tekirdağ əyalətində baş verən dəmiryol qəzasına görə iki maşinist tutulub. “Report” xəbər verir ki, bu məlumatı CNNTurk yayıb. Türkiyə KİV-in yazdığına görə, bu dəmiryolu xətti ilə bağlı tenderin elan edilməsi 2018-ci il iyunun 21-də ləğv olunub. Amma məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. Qeyd edək ki, iyulun 8-də Türkiyədə Uzunköprü - Halkalı istiqamətində hərəkət edən 6 vagondan ibarət qatar relsdən çıxıb. Qatarda 6 heyət və 362 sərniin olub. Qəza zamanı 5 vagon relsdən çıxaraq, aşıb. Qəza nəticəsində 24 nəfər ölüb, 318 nəfər xəsarət alıb. 

Xəbər xətti