Əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası ala biləcəklər
11:16 - 9 İyul 2018 - Xəbər
İyulun 6-dan “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olunub.
Ucnoqta.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.
“ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizasının daxil edilməsi, bu prosesin sadələşdirilməsi və asanlaşdırılması Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, həmçinin Dövlət Miqrasiya Xidmətinə iş icazəsi almaq üçün müraciət edən işəgötürənlərin məmnunluqlarının təmin olunmasına xidmət edir.
Ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ölkəyə əmək vizası ilə daxil olmaları tövsiyə olunur.
Qeyd edək ki, "ASAN Viza" www.eviza.gov.az saytı vasitəsilə həyata keçirilir.