"Təhsil haqqında" qanuna əlavə edilən maddəyə əsasən, müəyyən şəxslərin pedoqoji təhsili olmasa da, məktəblərdə dərs deyə biləcəklər".
Ucnoqta.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyində keçirilən tədbirdə nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov deyib.
Onun sözlərinə görə, İKT sahəsində ali təhsilli mütəxəssislər var, amma pedoqoji təhsilləri yoxdur: "Bunların məktəblərdə işləməsi yaxşı olardı. Həmçinin məktəblərdə təmayülləşmə var və belə müəıllimlərin məktəblərdə müəyyən qaydalar çərçivəsində dərs deməsi yaxşı olar".