"Şahdağ Xeyriyyə” İctimai Birliyi iyun və iyul ayları ərzində ardıcıl olaraq Bakının Yasamal rayonu üzrə Xurşudbanu Natavan adına kitabxanada, Nizami rayonu üzrə YAP- nin binasında, və Binəqədi rayonu üzrə Gənclər evində və Səbail rayonu üzrə Həzi Aslanov adina Mərkəzi Zabitlər Evində “Azərbaycan həqiqətlərinin yayılması istiqamətində maarifləndirici tədbirlərin keçirilməsi” layihəsi üzrə tədbirlər keçirib.
Tədbirdə 300- dən artıq YAP fəalı, məktəblilər, gənclər, müəllimlər, alimlər,mədəniyyət işçiləri, şairlər, media işçiləri, icra hakimiyyəti müavinləri, nümayəndələri, hərbi zabitlər, Qarabağ qaziləri və başqa şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları, Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması sahədə göstərdiyi xidmətlərdən, respublikamızın qüdrətli bir dövlətə çevrilməsindən, beynəlxalq nüfuzunun artmasından danışıblar.
Sonra layihənin rəhbəri, "Şahdağ Xeyriyyə” İB-nin sədri Rəhilə Teymurova layihənin icra planı üzrə görəcəyi işlərdən və layihənin aktuallığından geniş danışıb. R.Teymurova Ulu öndər Heydər Əliyevin əmək fəaliyyətindən, respublikamızın daxili və xarici siyasətinin uğurlarından danışıb.
Layihə rəhbəri R.Teymurova çıxışının sonunda, Azərbaycanın milli maraqlarınin müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyünün qorunmasında olduğunu, Azərbaycanin dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq içərisində yaşadığını, Azərbaycanin bərabər tərəfdaşlıq əsasında beynəlxalq əməkdaşlığın inkişafında uğur qazandığını, Avropaya və ümumiyyətlə dünyaya inteqrasiya etməklə Respublikamız beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmağa çalışdığını söylədi. Bu gün sülhsevər Azərbaycan həqiqətlərini dünya ictimayyətinə daha tez və olduğu kimi çatdırmaq bizim hər birimizin borcu olduğunu söylədi.
Tədbirlərin gedişatı dövründə, tədbir iştirakçılarına dəftərxana ləvazımatı, icra planı üzrə çap olunmuş 800-ə qədər buklet paylanıb çay, şirniyyat və büdcədən kənar əlavə olaraq meyvə süfrəsi verilib, iştirakçılar və əhali arasında sorğu keçirilib.
“Şahdağ” xeyriyyə İB-nin fəal nümayəndələri sədr başda olmaqla Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin rəisi polkovnik Rəşad Abuzərov tərəfindən “Hərbi vətənpərvərlik mövzusunda keçirilən tədbirdə fəal iştirakına görə fəxri fərmanlarla təltif olunublar.