Xaçmazda daha bir qəsəbəyə ilk dəfə təbii qaz verilib

12:11 - 5 İyul 2018 - Xəbər

Xaçmazda daha bir qəsəbəyə ilk dəfə təbii qaz verilib.

Ucnoqta.az xəbər verir ki, "Azəriqaz" İB-dən verilən məlumata görə, 83 abonenti olan Dalğıc qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2 244 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 9 148 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Xaçmaz rayonunun Turist qəsəbəsi və Krasnı Xutor kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Xəbər xətti