Novxanı çimərliyində 1 nəfər batıb

09:25 - 5 İyul 2018 - Xəbər

Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfər batıb.  Ucnoqta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə ötən gün Abşeron rayonunun Novxanı çimərliyində 1 nəfərin batması barədə məlumat daxil olub.  Məlumata görə, bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Xəbər xətti