Bakıda 22 nəfər liftdə qalıb

12:53 - 4 İyul 2018 - Xəbər

Bakıda liftdə qalmış 22 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, gecə saatlarında, Bakı şəhəri ərazisində 22 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.
Ucnoqta.az xəbər verir ki, FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.
Əməliyyatlar uğurla başa çatıb.

Xəbər xətti