Elektrik enerjisinin verilişi bərpa olunur- RƏSMİ
21:09 - 3 İyul 2018 - Xəbər
Energetika Nazirliyi və "Azərenerji" ASC birgə operativ məlumat yayıb.
Ucnoqta.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, ötən gün ölkənin elektrik enerjisi sistemində baş vermiş qəzanın nəticələri aradan qaldırılsa da, onun fəsadı səbəbindən axşam saatlarında bəzi yerlərdə elektrik enerjisi məhdudiyyətlə verilir.
Həyati vacib əhəmiyyətli obyektlər elektrik enerjisi ilə artıq təmin edilib. Hazırda vəziyyət nəzarət altındadır və elektrik enerjisinin verilişi bərpa olunur.
Problemin tam həlli üçün zəruri tədbirlər davam etdirilir.